Sabiq "Bavariya"lı Fransa klubunda
"Bavariya"nın keçmiş müdafiəçisi Buna Sarr bu gündən "Metz"də məşq edəcək.
Sportlife.az xəbər verir ki, 33 yaşlı seneqallı kifayət qədər fiziki hazırlıq nümayiş etdirərsə, onunla müqavilə imzalana bilər. O ötən ilin iyulundan azad agentdir.
Sarr 2020-ci ildən 2024-cü ilə qədər "Bavariya"da oynayıb, 33 matçda bir qol vurub və 4 məhsuldar ötürmə edib. O, əvvəllər "Metz"də oynayıb, 110 matçda 8 qol vurub və 9 məhsuldar ötürmə edib.