Noyer "Bavariya"da qalmaq istəyir

  • 4 Noyabr 2025, 15:52

"Bavariya"nın qapıçısı Manuel Noyer Münhen klubunda qalmaq istəyir.

Sportlife.az xəbər verir ki, qolkiper klub rəhbərliyi ilə yeni müqavilə şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib.

Noyerin "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm 17 oyunda 13 qol buraxıb və 7 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.


Paylaş: