De Rossi məşqçiliyə qayıdır

  • Bu gün, 14:28

"Roma"nın keçmiş baş məşqçisi Daniele De Rossi tezliklə "Cenoa" klubunu çalışdıra bilər.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu posta Patrik Vieyranın yerinə əsas namizəddir.

"Cenoa" Paolo Vanioli variantını da nəzərdən keçirir.

Qeyd edək ki, De Rossi "Boka Xuniors" və "River Pleyt" arasındakı oyun üçün Argentinaya planlaşdırılan səfərini ləğv edib. Bu, onun "Cenoa"yla mümkün anlaşması ilə bağlı ola bilər.


Paylaş: