Sabiq klubuna qayıtmaq istəmədi
"Vulverhempton"un keçmiş baş məşqçisi Qari O'Nil kluba qayıtmaqdan imtina edib.
Sportlife.az xəbər verir ki, 2024-cü ilin dekabrında işdən çıxarılan 42 yaşlı ingilis əhəmiyyətli irəliləyişlərə baxmayaraq danışıqlardan çəkilib.
O'Nil təxminən bir ildən sonra geri qayıtmağa hazır idi. Amma son adnda fikrindən daşınıb. Klub indi diqqətini alternativ variantlara, o cümlədən "Bayer"in keçmiş meneceri Erik ten Haq və "Middlzbro"nun məşqçisi Rob Edvardsa yönəldib.
Premyer Liqa klubu ötən gün Vitor Pereyranın istefaya göndərildiyini elan edi.