Baş məşqçi oyun zamanı öldü
"Radniçki"nin baş məşqçisi Mladen Jijoviç Serbiya çempionatının matçı zamanı vəfat edib.
Sportlife.az xəbər verir ki, 44 yaşlı məşqçi "Mladost"la oyunun ilk hissəsinin ortasında huşunu itirib. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyləri boşa çıxib.
Fasilədən əvvəl hakim oyunu dayandırıb və məşqçinin ölümünü elan edib, bundan sonra bir çox oyunçu başlarını tutaraq meydana yıxılıb.
Qeyd edək ki, Jijoviç oktyabrın 23-dən bəri komandaya məşqçilik edirdi. "Radniçki" hazırda 10-cu yerdədir.