"Real"dan anlamlı addım
"Real"ın nümayəndə heyəti Çempionlar Liqasında "Liverpul"la səfər oyunundan əvvəl "Enfild"də Dioqu Jotanın xatirəsini yad edib.
Sportlife.az xəbər verir ki, baş məşqçi Xabi Alonso, klubun direktoru Emilio Butraqeno, müdafiəçilər Din Heysen və Trent Aleksandr-Arnold (Jotanın keçmiş komanda yoldaşı) "Liverpul"un ev stadionundakı xatirə abidəsinə gül dəstələri qoyublar.
İyulun 3-də Jota və 25 yaşlı qardaşı Andre Silva İspaniyada baş verən avtomobil qəzasında həlak olublar.
Qeyd edək ki,"Liverpul" - "Real" matçı bu gün keçiriləcək.