Ulduz futbolçu əməliyyat olundu

  • Bu gün, 10:27

"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub.

Sportlife.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu özü məlumat verib:

"Hamınıza salam! Bildiyiniz kimi, bir müddətliyə kənarda qalacağam. Xoş xəbər budur ki, əməliyyat yaxşı keçdi. Geri dönüşüm artıq başladı! Bütün mesajlar üçün təşəkkürlər!".

Belçikalı yarımmüdafiəçi bu mövsüm İtaliya klubunda 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.


Paylaş: