"Barselona" da Holanna "elçi düşdü"
"Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Holannla maraqlanır.
Sportlife.az xəbər verir ki, Kataloniya klubu 2026-cı ilin yayında norveçli forvardı transfer etməyə çalışacaq.
İddiaya görə, "Barselona" qarşı tərəfə pulla yanaşı, Dani Olmonu da təklif etməyə hazırdır.
Holannın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir.