Yamal dahidir" - Barselona"nın baş məşqçisi

  • Dünən, 18:03

"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın vingeri Lamine Yamalı dahi adlandırıb.

Sportlife.az xəbər verir ki, alman mütəxəssis 17 yaşlı futbolçunun üzərində böyük məsuliyyət olduğunu bildirib:

"Yamal əsl dahidir, hətta 17 yaşında olsa belə. Təbii ki, onun üzərinə böyük məsuliyyət düşür və onun meydançaya yalnız optimal vəziyyətdə çıxması bizim üçün vacibdir".

Bu mövsüm Yamal "Barselona"nın heyətində 45 oyun keçirib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib.


Paylaş: