"Monako"nun sabiq futbolçusu qəzada öldü

  • Bu gün, 10:45

"Monako"nun və Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi Nikola Pokrivaç yol qəzasında dünyasını dəyişib.

Sportlife.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Qəza cümə günü Karlovakda dörd minik avtomobilinin toqquşması nəticəsində baş verib. Pokrivaç da daxil olmaqla iki nəfər ölüb, üç nəfər xəstəxanaya yerləşdirilib. Pokrivaç Xorvatiyanın aşağı divizion təmsilçisi "Vojniç"in məşqindən qayıdırmış.

Qeyd edək ki, Nikola Pokrivaç Xorvatiya millisinə 14 oyun keçirib.


Paylaş: