
Mahir Emreli Almaniyada dubl etdi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” klubu 2-ci Bundesliqada növbəti oyununu keçirib.
Sportlife.az xəbər verir ki, komanda XXX turda doğma meydanda “Paderborn”la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində hər iki qolu azərbaycanlı futbolçu vurub. Meydana start heyətində çıxan və sonadək oynayan forvard 2-ci və 90+3-cü dəqiqələrdə fərqlənib. Lakin onun qolları komandasını məğlubiyyətdən xilas etməyib.
Bu nəticədən sonra xallarını 48-ə çatdıran “Paderborn” 4-cü pilləyə yüksəlib. “Nürnberq” isə 44 xalla 8-ci pillədə qalıb.