
Liqa 1-də reqlament dəyişir
Fransa Liqa 1-in növbəti mövsümünün reqlamentində dəyişiklik edilə bilər.
Sportlife.az xəbər verir ki, liqa rəhbərliyi ölkə çempionunu müəyyən etmək üçün pley-off mərhələsini tətbiq etmək istəyir. Mümkün plan ilk dörd yeri tutan komandalar arasında mövsüm bitdikdən sonra titul uğrunda mini-turnir keçirməkdir.
Təklif Fransa futbolunda bir sıra maraqlı tərəflər tərəfindən müsbət qarşılanır. Ancaq buna PSJ-nin necə reksiya verəcəyi bəlli deyil.
Qeyd edək ki, PSJ bu mövsüm ardıcıl dördüncü dəfə Fransa çempionu olub.