
Hakimlərimizə beynəlxalq təyinat
Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov beynəlxalq yarışa təyinat alıblar.
Sportlife.az xəbər verir ki, onlar Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək "Prezident Kuboku" turnirində iş başında olacaqlar.
Qeyd edək ki, turnir mayın 17-nə qədər davam edəcək.