"Sabah"ın baş məşqçisi Droqbaya qarşı

  • Bu gün, 16:57

"Çelsi" komandasının əfsanəsi Didye Droqba Moskvada MOİK-in UEFA kubokunda qələbəsinin 20-ci ildönümünə həsr olunmuş qala-matçda iştirak edəcək.

Sportlife.az xəbər verir ki, məşhur futbolçu Moskva klubuna qarşı oynayacaq dünya ulduzlarından ibarət heyətdə yer alacaq.

Dördqat İngiltərə çempionu və Çempionlar Liqasının qalibi Klod Makelele, Nani, Mario Yepes, Karlo Kudiçini, Paolo Kannavaro və başqalarının da çıxış edəcəyi komandaya qoşulacaq.

Qeyd edək ki, qarşılaşma mayın 18-də "VTB Arena"da keçiriləcək. Matçda "Sabah"ın baş məşqçisi Vasili Berezutski də iştirak edəcək. O, MOİK-in heyətində meydana çıxacaq.


Paylaş: