Yığmamız İrana yollandı

  • Bu gün, 18:52

Sabah İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə start veriləcək.

Sportlife.az xəbər verir ki, 2 gün davam edəcək yarış U20 yaş qrupu üzrə keçiriləcək.

Turnirdə ölkəmizi böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi – Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı 57 kq), Zamin Məmmədov (61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə, Sübhan Səfərli (hamısı 65 kq), İsmayıl Rəhimli, Adəm Bağırov, Nurlan Ağazadə, Sadiq Hüseynov (hamısı 70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (hamısı 86 kq), Anar Cəfərli, Şəmistan Axundov (hər ikisi 92 kq), Yusif Dursunov və Muxamad Qantemirov (hər ikisi 125 kq) təmsil edəcək.


Paylaş: