
"Sumqayıt" seçim qarşısında - 3 əcnəbi, 3 yerli namizəd!
Vaqif Cavadovla yollarını ayıran "Sumqayıt"ın baş məşqçi postuna 6 namizəd var.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, onların 3-cü yerli, yarısı isə əcnəbi mütəxəssislərdir.
Yerlilər hazırda işsiz olan Tərlan Əhmədovla Cavid Hüseynov və "Araz-Naxçıvan"ı çalışdıran Elmar Baxşıyevdir. "Sumqayıt" rəhbərliyinin əsas hədəfi məhz sonuncudur.
Baxşıyev Naxçıvan klubu ilə yola davam etməsə, onun "gənclik şəhəri" təmsilçisinin sükanı arxasına keçmə ehtimalı daha böyükdür.