
"Lion"un 27 milyonu yoxdu?
"Lion" "Botafoqo"dan icarəyə götürdüyü Tiaqo Almadanı saxlamayacaq.
Sportlife.az xəbər verir ki, Fransa klubu futbolçunun hüquqlarını 27 milyon avroya almağa hazır deyil.
Klubun sahibi Con Tekstor futbolçunu 2025-ci ildə klublararası dünya dempionatında oynamaq üçün "Botafoqo"ya qaytarmaq, sonra isə satmaq istəyir.
24 yaşlı argentinalı qışda icarə əsasında "Lion"a keçib.