
Bölgə klubları finala yaxınlaşdı
AFFA-nın bayrağı altında təşkil edilən Region Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportlife.az xəbər verir ki, "Göyəzən" doğma meydanda "Şirvan"a, "Xankəndi" isə "Ağstafa Gəncləri"nə böyük hesabla qalib gəlib.
Region Liqası
Yarımfinal, ilk oyunlar
“Göyəzən” – “Şirvan” – 4:1
Arzuman Vəliyev, 13, 27; Elgün Qəhramanov, 56; Ümid Mahmudov, 79 - Elgün Xəlilov, 90+1
“Xankəndi” – “Ağstafa Gəncləri” – 4:0
Pərviz Qaraxanov, 6, 72; Kamran Hüseynov, 38 (avtoqol); Sərxan Ağayev, 60