Uğursuz müəlliflər

  • Bu gün, 14:48

Mövsümün əvvəlində yazanda ki, "Səbail" dibə doğru gedir, bizdən inciyənlər oldu. Bəlkə o vaxt incimək əvəzinə tədbir görsəydilər, klubu xilas etmək olardı. Amma artıq gecdir...

Elə ilk turlardan "Səbail" itirə-itirə gedirdi. Komanda uduzduqca susdular, səhvlərə göz yumdular və klub nəhayət Premyer Liqadakı yerini də itirdi.

Bu uğursuzluqda kimlərin əli var? Müəlliflər çoxdur:

Başda idarəçilər – Məsuliyyət əvəzinə səssizliyi seçdilər

– Komandanı “oynatmaq” yerinə özünə bəraət qazandırmaqla məşğul olan məşqçilər

– Formanın içində boşluq kimi dolaşan futbolçular

Səbəblər və nöqsanlar barədə mövsüm boyu yazmışıq, daha təkrara ehtiyac görmürük. Keçmişi arxada qoyub, gələcəyə baxırıq:

"Şamaxı" və "Qəbələ" kimi "Səbail" də yenidən Premyer Liqaya qayıda biləcəkmi?

Mirələm HƏSƏNLİ 


Paylaş: