
Finala bərabər 7 oyun
"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç klubun rəsmi saytına açıqlama verib.
Sportlife.az xəbər verir ki, o, Superliqada 7 final oyunlarının qaldığını bildirib:
"Sivasspor"a qarşı son oyun çətin keçdi. Planımız bəllidir. Zədədən sonra yaxşı formadayam. Komandama kömək edəcəyim üçün xoşbəxtəm. Son görüş səfərdədir. Azarkeşlərimizi gözləyəcəyik. Sonda nələrin olacağını görəcəyik".
Qeyd edək ki, "Fənərbağça" 71 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıbş.