Amorim: "Bu, dünyanın ən gözəl səsidir"

  • Dünən, 11:34

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 final mərhələsinin cavab matçında "Lion" üzərində qələbəni (5:4) şərh edib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matç haqda bunları deyib: "Hesab 2-4 olanda hər şey bitmiş kimi görünürdü. Amma belə matçlarda sona qədər oynamaq lazımdır. Stadiondakı ab-hava heyrətamiz idi. Bəziləri köynək və ya şərf toplayır, amma mən tribunadan gələn səs-küyü özümlə aparmaq istərdim. Bu, dünyanın ən gözəl səsidir".

Qeyd edək ki,“Mançester Yunayted” Avropa Liqasının yarımfinalında “Atletik"lə qarşılaşacaq. İlk oyun mayın 1-də İspaniyada, cavab qarşılaşması isə 8-də İngiltərədə baş tutacaq.


Paylaş: