"Liverpul"da yeni müqavilə

  • 17 Aprel 2025, 15:09

İngiltərənin "Liverpul" klubu müdafiəçisi Vircil van Deyklə müqavilə müddətini uzadıb.

Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, van Deyk 2018-ci ildən çıxış etdiyi "Liverpul"un heyətində 314 oyun keçirib və 27 qol vurub.


Paylaş: