
Ançelottiyə daha bir şans verilə bilər
"Real Madrid" Çempionlar Liqasından kənarda qalsa da, komandanın baş məşqçisi Karlo Ançelotti postunda qala bilər.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssisin bir neçə gün sonra klub rəhbərliyi ilə görüşərək mövsümün yekunlarını müzakirə edəcəyi iddia edilir.
Qeyd olunur ki, "Real Madrid"in prezidenti Florentino Peres finalda "Barselona"ya qalib gələrək İspaniya kubokunu qazanacağı təqdirdə, Ançelottini komandanın sükanı arxasında saxlaya bilər.
Peres klub tarixinin ən titullu baş məşqçisi ilə bağlı yekun qərarını hələ verməyib.