Mövsümün ən yaxşısı seçildi

  • Dünən, 12:12

“Şəki”nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə MVP-si (Ən dəyərli oyunçu) seçilib.

Sportlife.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri “Gəncə” ilə pley-off oyunundan öncə amerikalı oyunçunu mükafatlandırıb.

Qeyd edək ki, Roti Veyr XV (“Lənkəran”la oyun – 33 xal), XVI (“Ordu” ilə oyun – 33 xal) və XX turda (“Lənkəran”la oyun – 23 xal) oyunun MVP-si seçilib


Paylaş: