Reşforda ciddi təkliflər var

  • 17 Aprel 2025, 15:31

İcarə əsasında "Aston Villa"da çıxış edən Markus Resford məşhur klublarının radarına düşüb.

Sportlife.az xəbər verir ki,  PSJ ilə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən oyunlarda yaxşı performans göstərən forvarda ciddi təkliflər var.

Belə ki, "Bavariya","Barselona", PSJ və "Çelsi" Reşfordu transfer etmək istəyir.

Qeyd edək ki, futbolçu müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.


Paylaş: