
"O, başqa dünyadır, futbolu dəyişdirdi"
"İnter Mayami"nin hücumçusu Lionel Messi keçmiş baş məşqçisi Xosep Qvardiolanın futbola təsirini şərh edib.
Sportlife.az xəbər verir ki, argentinalı superulduz Pepin meydanda heç kimin görmədiyi şeyləri gördüyünü deyib:
"O, başqa bir dünyadır, futbolu dəyişdirdi. Hamı bizi təqlid etmək istəyirdi. Əslində, bununla o, istəmədən oyuna xələl gətirdi. İnsanlar bunu necə edəcəyini anlamadan "Barselona" kimi oynamağa çalışdılar. Yarımmüdafiədə Xavi, Andres İnyesta və Serxio Busketsdən ibarət xüsusi komandamız var idi".
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"ya rəhbərlik edib. Bu müddət ərzində o, klubla 14 kubok qazanıb.