
Dünyanın ən bahalı müdafiəçisi
"Liverpul"la müqaviləsini uzadan 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deykin maaşı azalmayıb.
Sportlife.az xəbər verir ki, niderlandlı futbolçunun 400 min funt-sterlinq olan həftəlik maaşı dəyişməz olaraq qalıb.
O, hələ də Avropanın ən yüksək maaş alan müdafiəçisidir. Bu göstərici üzrə 2-ci yerdə "Real Madrid"də həftəlik 360 min funt sterlinq qazanan David Alaba yer alıb.
Qeyd edək ki, "Liverpul" ötən gün Van Deykin müqaviləsinin 2027-ci ilədək uzadıldığını açıqlayıb.