Ndlovunun yeni klubu bilindi

  • 17 Aprel 2025, 18:25

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun yeni klubu müəyyənləşib.

Sportlife.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını ölkəsində - Cənubi Afrika Respublikasında davam etdirəcək.

O, I Liqada mübarizə aparan "Marmo Qallants" klubuna keçib. Ndlovu ilə  mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində 54 rəsmi matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: