
Messinin övladları kimlərə azarkeşlik edir?
“İnter Mayami”nin hücumçusu Lionel Messi uşaqlarının sevimli futbolçularının adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu övladlarının Kilian Mbappe, Vinisius Junior, Lamin Yamal, Robert Levandovski, Erlinq Holanna azarkeşlik etdiklərini bildirib.
Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı üqaviləsi 2025-ci ilin sonuna kimidir.