"Qarabağ" və "Kəpəz" 1 qolla qalib gəldi

  • 6 Aprel 2025, 22:08

Azərbaycan Premyer Liqasında XXIX turun ikinci günü iki qarşılaşma keçirilib.

Sportlife.az xəbər verir ki, hər iki matç Bakıda oynanılıb.

Günün ilk matçında “Sabah” və “Kəpəz” üz-üzə gəlib. Qarşılaşmada 1 qol vurulub. Gəncə təmsilçisi səfərdə “Sabah”ı məğlub edib.

İkinci oyun isə liderlər arasında keçirilib. “Qarabağ” “Zirə”ni qəbul edib. Bu görüşdə də minimal hesab qeydə alınıb. Ağdam təmsilçiləri 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.


Paylaş: