
"Barselona" Flikla razılığa gəldi
"Barselona" ilə baş məşqçisi Hans-Diter Flik arasında aparılan danışıqlar uğurlu alınıb.
Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisi 60 yaşlı çalışdırıcı ilə yeni müqavilə barədə razılığa gəlib.
Alman mütəxəssisin 2026-cı ilin yayında başa çatacaq sözləşməsi daha bir il uzadılacaq.