Reşford seçim qarşısında

  • 4 Aprel 2025, 11:38

Müqavilə əsasında "Mançester Yunayted"ə məxsus olan hücumçu Markus Reşford "Aston Villa"da oynamağa davam etmək istəsə, maaşını azaltmalı olacaq.

Sportlife.az xəbər verir ki, hazırda  27 yaşlı futbolçunun Birmingem klubundakı aylıq əməkhaqqısı 1,5 milyon avro təşkil edir. Bu da Premyer Liqa təmsilçisinin büdcəsinə uyğun deyil. 

Qeyd edək ki, “Aston Villa” yayda Markusu “Mançester Yunayted”dən 47,6 milyon avroya birdəfəlik almağa hazırdır.


Paylaş: