
"Fiorentina"nın Qosens planı
"Fiorentina" "Union"dan müdafiəçi Robin Qosensi birdəfəlik transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, hazırda icarə əsasında İtaliya klubunda çıxış edən oyunçu daha üç matç keçirsə, satın alma seçimi məcburi olacaq.
Onun icarə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.