Vurduğu qolu ölən nənəsinə həsr etdi

  • 10 Aprel 2025, 14:08

"İnter"in yarımmüdafiəçisi Davide Frattesi Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bavariya" ilə ilk oyununda (2:1) vurduğu qələbə qolunu aprelin 7-də xəstəlik səbəbindən dünyasını dəyişən nənəsinə həsr edib.

Sportlife.az xəbər verir ki, o, nənəsini çox sevdiyini bildirib: "Həyatım boyu inanmışam ki, mənim ən yaxşı keyfiyyətim başımdır. Düşündüm ki, heç nə və heç kim məni yoldan çıxara bilməz. Bununla rastlaşanda, düzünü desəm, bir az çaşqın oldum. Nənəmə çox bağlı olduğum üçün artıq heç nə olmamış kimi işləyə bilmirdim.

Çətin idi, onu belə görməyə öyrəşməmişdim. Bəlkə nənəm vurduğum qola göylərdən baxıb sevindi və qışqırdı".


Paylaş: