
İşıqsız stadionda işıqlı gələcək axtaran “Sabah”
Bu gün uşaq futbolunda "gələcəyin ümid çırağı" kimi təqdim olunan "Sabah"ın aşağı yaş qrupları axşam məşqlərini bilirsiniz harda keçirir? - Qaranlığa qərq olan “ASK Arena”da. Akademiya uşaqları qaranlıqda top qovur....
Bu klubun rəhbərliyi faktiki olaraq AFFA-nı da idarə edir. Öz akademiya komandalarına fikir verməyən rəhbərlik ölkə futbolunamı diqqət yetirəcək? Bu stadionda 16 lampadan yalnız 6-sı işləyir. Bəli, bu bir metafora deyil – reallığın ta özüdür!
Görünür, “Sabah”ın rəhbərliyi həm klubu, həm AFFA-nı, həm də futbolun gələcəyini belə “idarə edir”.
Ən maraqlısı isə odur ki, bu şəraitdə stadion rəhbərliyinə pul ödənilir. Ödəniş edilməsə və ya buna etiraz olunsa, stadion rəhbərliyi də həmin lampaları dəyişər. Ancaq ya klub rəhbərliyinin bundan xəbəri yoxdu, ya da maraqlı deyil. Hər iki halda klub rəhbərliyi təqsirli sayılır.
Əgər klub rəhbərliyi bu məsələdən xəbərsizdirsə, deməli onlar üçün “futbol idarəçiliyi” sadəcə titul, vəzifə və protokol selfilərindən ibarətdir. Əgər xəbərdardılarsa və susurlarsa – bax bu, artıq qaranlığın ideologiyasıdır.
Mirələm HƏSƏNLİ