"Neftçi"nin futbolçusu üçün mövsüm bitdi

  • Dünən, 11:31

"Neftçi"nin futbolçusu Emil Səfərov əməliyyat olunub.

Sportlife.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının “Şamaxı” ilə matçında çiynindən zədə alan yarımmüdafiəçi cərrahi müdaxiləyə ehtiyac duyub.

Futbolçuda bazu oynağının təkrari çıxığı baş verdiyindən o, İstanbulda artroskopik əməliyyat edilib.

Qeyd edək ki, əməliyyatı uğurla başa çatan Səfərov iki gün sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq. Təqribi olaraq üç aydan sonra isə məşqlərə start verəcək.


Paylaş: