NBA ulduzu qəza keçirdi

  • 12 Noyabr 2023, 18:18

Amerika Basketbol Liqasının (NBA) "Filadelfiya 76ers" klubunda çıxış edən Kelli Oubr yol qəzası keçirib.

Sportlife.az xarici KİV-ə istinadla xəbər verir ki, evinin yaxınlığında yolu piyada keçərkən basketbolçunu maşın vurub. Yaralanan 27 yaşlı basketbolçunun xəstəxanaya aparılaraq müalicə olunduqdan sonra evə buraxıldığı bildirilib.

ABŞ mətbuatında yer alan xəbərlərdə qəza nəticəsində yaralanan Oubrenin uzun müddət sahələrdən uzaq qalacağı, ancaq bütün mövsümü buraxmasının gözlənilmədiyi bildirilib.

 


Paylaş: