Bilet satışından rekord gəlir

  • Bu gün, 12:43

Çempionlar Liqasının yarımfinal mərhələsində "İnter" və "Barselona" arasında yarımfinal oyununu (4:3) rekord sayda azarkeş izləyib.

Sportlife.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionuna 75 504 tamaşaçı toplaşıb. Onların 4253 nəfəri "Barsa" fanatları olub. 

"İnter"in bilet satışından təxminən 14,7 milyon avro qazandığı təxmin edilir. Bu, İtaliyada keçirilən oyun üçün indiyə qədər toplanan ən böyük məbləğdir.

Əvvəlki rekord 2023-cü ildə Çempionlar Liqasının yarımfinalında baş tutan "İnter" - "Milan" matçında qeydə alınmışdı - 12,5 milyon avro.


Paylaş: