
Bakıda 8 qızıl medal
Azərbaycanın 8 boksçusu Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanıb.
Sportlife.az xəbər verir ki, finalda mübarizə aparan 11 boksçudan 3-ü uduzaraq gümüş medalla kifayətlənib.
Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.