Dünya çempionunun oğlundan qələbə

  • 24 Aprel 2024, 21:13

Keçmiş mütləq dünya çempionu Konstantin Tszyunun (31-2) oğlu Nikita Tszyu (9-0) Sidneydəki (Avstraliya) "Hordern Pavilion" arenasında italiyalı Danilo Kreatini (8-2) məğlub edib.

Sportlife.az xəbər verir ki, 26 yaşlı avstraliyalı döyüşdə yekdil qərarla qalib gəlib - 100:88, 99:90, 100:89.

İndi Tszyu 9 döyüşdə 9 qələbə qazanıb. Kreati 8 qələbə ilə karyerasında ikinci məğlubiyyətini alıb.


Paylaş: