Fatih Terimə milyonluq təzminat

  • 5 May 2024, 18:00

Fatih Terimlə "Panatinaikos"un yolları ayrılmaq üzrədir.

Sportlife.az xəbər verir ki, Afina klubu gözləntilərini doğrultmayan mütəxəssislə vidalaşmaq qərarına gəlib.

Klub rəhbərliyini buna AEK və "Aris"ə məğlubiyyətlərdən sonra çempionluq imkanlarının itirilməsi vadar edib.

Qeyd edək ki, türkiyəli çalışdırıcı afinalılarla il yarımlıq müqavilə imzalamışdı.

Afinalılar fikirlərini dəyişməsələr Terimə 1,1 milyon avro təzminat ödəyəcəklər.


Paylaş: