Həsənovdan bürünc medal

  • 25 Aprel 2024, 22:23

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.

Sportlife.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

Rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda mübarizə aparacaq.


Paylaş: