"İpsviç" 22 il sonra Premyer Liqada

  • 5 May 2024, 11:20

Yeni mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanan daha bir komanda bəlli olub.

Sportlife.az xəbər verir ki, Çempionşipdə 46 turdan sonra 96 xal toplayan və ikinci sırada qərarlaşan "İpsviç"in elitaya yüksələcəyi rəsmiləşib.

Bundan əvvəl Çempionşipin qalibi olan "Lester" də Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, “İpsviç” 22 il sonra Premyer Liqada mübarizə aparacaq. İpsviç şəhərinin eyniadlı təmsilçsisi sonuncu dəfə 2002-də ildə elitada çıxış edib.


Paylaş: