
Azərbaycan birinciliyinin qalibi müəyyənləşib
16 yaşadək qız voleybolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.
Sportlife.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında "Azərreyl-1" ilə "Şərqi Zəngəzur RVK" qarşılaşıb.
Görüş birincilərin 3:0 (25:17, 25:15, 25:08) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Azərreyl-1" ölkə çempionatının qızıl medallarını qazanıb.