
Yığmalarımızda yeni baş məşqçilər
Futbol üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna təyinatlar rəsmiləşib.
Sportlife.az xəbər verir ki, bu, AFFA İcraiyyə Komitəsinin iclasında gerçəkləşib.
21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə hazırda "Şamaxı"ya rəhbərlik edən Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub. Abbasov paralel olaraq, klubda da baş məşqçi kimi çalışmaqda davam edəcək.
Bundan başqa Elxan Abdullayev Azərbaycanın U-19, İlham Yadullayev U-18 (2008-ci il təvəllüd), Aqil Nəbiyev U-17 (2009-cu il təvəllüd) millilərinə baş məşqçi təyin olunub.
Onların hər biri ilə 2025-ci ilin sonunadək müqavilə imzalanıb.