Şkrinyar üçün 10 milyonluq təklif

  • Bu gün, 18:16

"Fənərbağça" PSJ-dən icarəyə götürdüyü Milan Skrinyarın transfer hüquqlarını almağa hazırlaşır.

Sportlife.az xəbər verir ki, İstanbul klubu 30 yaşlı müdafiəçi üçün 10 milyon avro təzminat ödəməyə hazırdır.

Türkiyə təmsilçisi mövsümün sonunda yeni təkliflə parislilərin qapısını döyəcək.

Qeyd edək ki, Şkrinyar "Fənərbağça"ya qış fasiləsində keçib.


Paylaş: