"Şamaxı" uğurlu seriyanı davam etdirmək istəyəcək"

  • Bu gün, 18:30

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 27-ci turunda "Şamaxı"nı qəbul edəcək. 

Ardıcıl 2 çempionat matçında qələbə qazanan "şirlər" uğurlu seriyanı davam etdirə biləcəklərmi?

Naxçıvan klubu isə 5 oyundur qələbə qazana bilmir. Komanda bu seriyaya son qoya biləcəkmi?

Veteran futbolçu Yunis Hüseynov matç haqda düşüncələrini və gözləntilərini Sportlife.az saytı ilə bölüşüb: 

"Oyunun çox gərgin keçəcəyini düşünürəm. "Şamaxı" uğurlu seriya yaxalayıb. Bu seriyanı davam etdirmək istəyəcək. Düşmə zonasından daha da uzaqlaşmaq üçün əla fürsətdir. "Araz-Naxçıvan" 5 oyundur qələbə üzünə həsrətdir. Onlar da öz mövqeyini qorumaq üçün mütləq qələbə qazanmalıdır. Turnir cədvəlində gərgin mübarizə gedir. "Araz-Naxçıvan"ın əsas rəqibi "Turan Tovuz" çətin "Neftçi" səfərindən 1 xalla qayıda bildi. Naxçıvan klubunun bu matçda qələbə üçün əlindən gələni edəcəyini düşünürəm".

AKİF ƏHMƏDOV


Paylaş: