Ronaldu milliyə çağırıldı

  • Bu gün, 17:39

Portuqaliya millisinin UEFA Millətlər Liqasının Danimarka ilə oyunu üçün heyəti müəyyənləşib.

Sportlife.az xəbər verir ki, baş məşqçi Roberto Martines 25 futbolçuya dəvət göndərib. Onların arasında "Əl-Nəsr"in 40 yaşlı hücumçusu Kriştianu Ronaldu da var.

Qeyd edək ki, Portuqaliya turnirin 1/4 finalında Danimarka ilə martın 20 və 23-də qarşılaşacaq.


Paylaş: