
Oyuna 2 gün qalmış verilən cəza – savadsızlıq yoxsa qərəz?
"Qarabağ" növbəti tura hazırlaşır, baş məşqçi taktiki sxemlər üzərində çalışır və AFFA İntizam Komitəsi oyuna 2 gün qalmış qəfil cəza elan edir: Musa Qurbanlı və Elvin Cəfərquliyev 1 oyun şərti olmaqla 2 oyunluq cəzalansın. Oyuna 2 gün qalmış...
Beləliklə, baş məşqçinin strategiyası alt-üst olur, komandada psixoloji gərginlik yaranır - AFFA üçün bunlar xırda detallardır.
Bəlkə də baş məşqçinin oyuna bir neçə gün qalmış fərqli məşq metodu tətbiq etdiyini bilmirlər? Yoxsa bilirlər? Məqsəd nədir bəs? Futbol savadsızlığı yoxsa qərəz?
VAR məsələsinə gələk. Oyunda VAR-da oturan hakimlərin başı nəyə qarışmışdı? VAR texnologiyasının əsas məqsədi ədaləti bərpa etməkdirsə, harda idi ədalət? Bu, sadəcə texniki səhvə oxşamır...
De Bleker hardadır? Gəlsin bir açıqlama versin. Gözə görünmədən verdiyi açıqlamalarına öyrəşmişik onsuz.
AFFA üçün məntiq və obyektivlik anlayışları yavaş-yavaş eroziyaya uğrayır. Azərbaycan futbolu belə inkişaf edəcək?
Mirələm HƏSƏNLİ