Premyer Liqamızda 27-ci tur başlayır

  • Bu gün, 11:09

Azərbaycan Premyer Liqasında bu gün XXVII tura start veriləcək.

Sportlife.az xəbər verir ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı"nı qəbul edəcək.

“Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək. Hazırda Naxçıvan təmsilçisi 46 xalla turnir cədvəlinin üçüncü, qonaqlar 27 xalla yeddinci pilləsinə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XXVII tur

19:00. “Araz-Naxçıvan” – “Şamaxı”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"Liv Bona Dea Arena"

Qeyd edək ki, turaun digər oyunları martın 15-16-da keçiriləcək.


Paylaş: